İnsanlara hürriyət, millətlərə istiqlal!

"Deluks" restoranında əməliyyat: “Yapon” ləqəbli avtoritet hadisə yerindən qaçdı

Kriminal avtoritetin saxlanılması ilə bağlı Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən "Deluks" restoranında əməliyyat keçirilib.

Əməliyyatın keçirilməsinə səbəb narkotik vasitələrin istifadəsində şübhəli bilinən, kriminal aləmdə "Yapon" ləqəbi ilə tanınan 1977-ci il təvəllüdlü Məmmədov Rəşad Telman oğlunun saxlanılması olub.

Oktyabr 23-də, saat 23:40 radələrində 1987-ci il təvəllüdlü Cavid Qaytıyev (ad-soyad şərti) və 1997-ci il təvəllüdlü Sənan Əhmədov (ad-soyad şərti) sözügedən restoranda yeyib-içiblər. Onlar restoranda təxminən bir saat oturduqdan sonra "Yapon" ləqəbi ilə tanınan Rəşad Məmmədov gələrək onların yanında əyləşib. Elə bu vaxt mülki geyimdə olan 5-6 polis əməkdaşı özlərini onlara təqdim edərək, Rəşad Məmmədovu kafedən aparmağa çalışıblar.

Bu zaman Cavid Qaytıyev polislərə maneçilik törətməyə başlayıb. O, əl-qol ataraq polisin qanuni tələbinə tabe olmayıb və öz hərəkətləri ilə Rəşad Məmmədovun hadisə yerindən qaçmasına şərait yaradıb. Bu səbəbdən polislər xidmətdə olan PPX-nin 6755 çağırışlı naryadını köməyə çağırıblar. Rəşad Məmmədov hadisə yerindən qaçsa da, PPX əməkdaşlarının köməyi ilə Cavid Qaytıyev və Sənan Əhmədov saxlanılaraq polis bölməsinə aparılıb.
Ətraflı

Məhkəmənin qərarı ilə Cabid Qaytıyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 manat məbləğində inzibati qaydada cərimə edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

"Yapon” ləqəbi ilə tanınan Rəşad Məmmədovun saxlanılıb-saxlanılmaması ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, 2016-cı ilin fevral ayında da Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Yapon" kimi tanınan kriminal avtoritet Rəşad Məmmədov saxlanılıb və üzərində heroin aşkarlanıb. Həmin vaxt Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq aparılıb./Qaynarinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR