Onlayn ictimai-siyasi qəzet
Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələlərdən 13 ay keçir.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, Kahramanmaraş şəhər mərkəzi havadan dronla görüntülənib.
Ramazan ayında şəhərdə tikinti işləri davam edərkən, vətəndaşlar evlərin və iş yerlərinin tikintisinin sürətləndirilməsini istəyir.
Layihə çərçivəsində Azərbaycan məhəlləsinin tikintisi də davam edir. Ərazidə qazıntı, doldurma və təməl hazırlıq işləri tamamlanıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ