İnsanlara hürriyət, millətlərə istiqlal!

Dron döyüşlərində inqilab: Madyar kod adlı komandan rus ordusunun canını alır

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatları üzrə yeni komandanı Robert Brovdi (təxəllüsü "Madyar") əvvəllər geniş istifadə olunmayan yeni bir taktikaya əl atıb: o, bütün resursları rus dron operatorlarını aşkar etmək və məhv etməyə yönəldib.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə Rusiya yönlü Z-yönlü hərbi blogerlər məlumat verir və ciddi narahatlıq ifadə edirlər. Onların sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin uğurlu dron hücumlarını təşkil edən Brovdi, “Tor” (“Паутина”) əməliyyatından dərhal sonra yüksək komanda vəzifəsinə təyin olunub.

Operatorlara HIMARS-larla zərbə endirilir, sursat əsirgənmir... Madyar dəqiq anlayır ki, bu halqada zəifliyi necə müəyyənləşdirmək olar,” – deyə rusiyalı hərbi müxbirlər narahatlıqla qeyd edir. Onlar həmçinin Ukraynada dronlar üzrə xüsusi bir “marketpleys”in fəaliyyət göstərməsindən də şikayətlənirlər: bu sistemdə hər vurulmuş hədəf və ya məhv edilmiş texnika üçün bölmələrə ballar verilir, və bu ballarla yeni dronlar əldə etmək mümkündür.

Z-yönlü müəlliflər həmçinin öz rəhbərliklərindən narazılıq edirlər: “Kombriq (briqada komandiri) düşmənin dron operatorlarını prioritet hədəf hesab etmir. Qarşı tərəfin dron hesabatlarını darmadağın etmək üçün səylə hərəkət etməyə lüzum görmür”
Robert Brovdi Ujhorod şəhərində doğulub. Atası macar, anası isə ukraynalıdır – buna görə də "Madyar" ləqəbini daşıyır. Müharibəyə qədər bir neçə uğurlu biznesə rəhbərlik edib. Müharibə başlayandan sonra kəşfiyyat məqsədilə ilk dronunu alıb və 2022-ci ilin mayında “Madyarın quşları” adlı xüsusi dron bölməsi yaradıb. Brovdi ilk olaraq FPV (First Person View) dronları kamikadze hücum vasitəsi kimi istifadə edənlərdən olub – bu dronlara tank əleyhinə qumbaraatan mərmisinin döyüş hissəsini bərkidib. “Madyarın Quşləri” Rusiya ordusunun ən aktiv döyüş bölgələrində fəaliyyət göstərib və bir neçə dəfə rus hücumlarını dayandırıb.

Son zamanlar cəbhədə itkilərin 80%-ə qədəri FPV dronlarının hücumları ilə baş verir – ucuz kopterlər zirehli texnikanı, səngərləri və hətta fərdi əsgərləri belə məhv edir. Ukrayna ordusu FPV kamikadzelərindən uzun məsafədən idarə edə bilmək üçün hava retranslyatorlarından (yəni siqnal gücləndirici dronlardan) istifadə edir. Bu isə hədəflərin düşmənin arxa cəbhəsində belə vurulmasına imkan yaradır.

Ən parlaq və orijinal əməliyyatlardan biri “Tor” (Pautina) əməliyyatı olub – bu zaman dronlar yük maşınları ilə Rusiya aerodromlarına daşınıb və strategik bombardmançı təyyarələri məhv ediblər. Ukrayna həmçinin daxili Rusiya ərazilərindəki hədəflərə də BPLA-larla hücum edir – onlar onlarla yanacaq bazasını yandırıb, döyüş sursatı anbarlarında partlayışlara səbəb olub, hətta Kremlin özünə qədər çatıblar.

Ukrayna “kiçik səma”nın (qısa məsafəli hava məkanının) döyüşünü artıq udub. Rusiya ordusu da geniş şəkildə dronlar istifadə etməyə çalışsa da, Z-yönlü hərbi blogerlərin yazdığına görə, say və taktiki baxımdan Ukraynadan geri qalır – çünki bütün innovativ yanaşmaları ilk olaraq ukraynalılar hazırlayır. Bunun əsas səbəbi Ukrayna sistemindəki desentralizasiyadır: onlara dronları onlarla müstəqil istehsalçı, laboratoriya və təchizatçı təmin edir. Bu səbəbdən dronlar bir-birindən fərqlənir, bu isə rus tərəfinin onlara qarşı effektiv mübarizə aparmasını çətinləşdirir. Əksinə, Rusiyada bu sahə azsaylı iri şirkətlərin əlindədir, keyfiyyətə az diqqət yetirilir və hətta operatorlar üçün təhlükəli məhsullar təhvil verilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR