İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilarənin intiharının təfərrüatı – Məktub yazıbmış...  

İki uşaq anasının intiharı ilə bağlı həbs edilən şəxsin cinayət işi üzrə məhkəmə araşdırmasında hadisənin yeni təfərrüatları məlum olub. Mərhumun intihardan əvvəl məktub yazdığı müəyyən edilib.

Musavat.com xəbər verir ki, 2023-cü ilin martında İsmayıllı rayonunun İsmayıllı kəndində Dilarə Orucova yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Aparılan istintaqın nəticəsi olaraq mərhumun ölümünə günahkar kimi göstərilən 1988-ci il təvəllüdlü Elxan Şıxıyev 2 il sonra məhkəmənin hökmü ilə həbs edilib. Məhkəmə, azadlıqda olan və barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmiş Elxan barəsində 6 il 6 ay həbs cəzası təyin edərək onun məhkəmə zalında qandallanması ilə bağlı hökm çıxarıb.

Hadisənin təfərrüatı...

İstintaqla müəyyən edilib ki, mərhumla Elxan arasında uzun illərdir davam edən münasibət olub. Hadisədən bir neçə ay əvvəl Dilarə Orucova bu münasibəti sonlandırmaq istəyib. Buna görə dəfələrlə Elxandan ayrılmaq istədiyini deyib. Lakin Elxan bununla razılaşmayıb və ayrılacaqları təqdirdə münasibətləri barədə yaxınlarına məlumat verəcəyini deyərək onu şantaj edib. Sonuncu dəfə isə hadisədən bir gün əvvəl Elxan Dilarənin işlədiyi gözəllik salonuna gələrək onunla mübahisə edib. Mübahisəyə səbəb yenə də Dilarənin ondan ayrılmaq istəməsi olub. Elxan Dilarənin qolundan zorla tutaraq salondan çıxarmaq istəyib. Salonda olanların müdaxiləsi ilə Elxan oranı tərk edib. Lakin salonun çıxışında Dilarəni gözləməyə davam edib. Bu zaman hadisə yerinə Dilarənin həyat yoldaşı da gəlib. Baş verən mübahisə zamanı Elxan Dilarənin həyat yoldaşını döyərək ona da xəsarət yetirib. Elxana xuliqanlıq maddəsi ilə də ittiham irəli sürülüb.

Bütün bunlar azmış kimi, Elxanın Dilarənin yaşadığı evə gələrək onu orada da döyməsi müəyyən edilib. Həmin hadisədən sonra Dilarə evdən qaçıb.

Dilarənin ölümünə səbəb...

Gözəllik salonunda baş verən hadisədən sonra evə qayıdan Dilarə yaşananlara görə özünü günahkar bilib və çıxış yolunu intiharda görüb. Hadisənin işlədiyi yerdə baş verməsi, Elxanla münasibətini hər kəsin öyrənməsindən sonra Dilarə məktub yazaraq canına qəsd edib. O, yaşadıqları evin həyətində olan turnikdən özünü iplə asaraq intihar edib.

Araşdırma zamanı Dilarənin məktub yazdığı, ölümündə günahkarın Elxan olduğunu qeyd etdiyi məlum olub. Dilarə həmin məktubunda ailəsindən bağışlanmasını da xahiş edib.

Elan edilmiş ittihamla Elxan özünü təqsirli bilməyib. Deyib ki, əgər günahı var idisə, niyə 2 il sonra həbs edilib? O, Dilarə ilə münasibətlərini etiraf edib.

Mərhumun hüquqi varisi dindirilən zaman, Dilarənin ölümündə günahkar bilinən Elxan Şıxıyevə daha ağır cəza verilməsini xahiş edib.

Barəsində çıxarılmış 6 il 6 aylıq həbs cəzasından narazı qalan Elxan Şıxıyev apellyasiya şikayəti verərək barəsində bəraət hökmü çıxarılmasını istəyib. Şəki Apellyasiya Məhkəməsi Elxan Şıxıyevin şikayətini əsassız sayaraq hökmü qüvvədə saxlayıb.

İ. Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR