İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: Hellouin şənliyində 120 nəfər öldü - ŞOK FOTOLAR

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən "Halloween" şənlikləri zamanı yaranan izdiham səbəbindən bir çox insanın ürəyinin dayandığı bildirilib.

Musavat.com xəbər verir ki, Cənubi Koreyada "Halloween" şənliyində baş verən izdihamda ölənlərin sayının 120-yə yüksəldiyi açıqlanıb.

Səlahiyyətlilər isə "Halloween" bayramı zamanı izdihamda 59 nəfərin öldüyünü bildirib.

Hadisə yerinə ölkə üzrə 400-dən çox təcili yardım işçisi və 140-a yaxın təcili yardım maşını göndərilib. Ölənlərin sayının artacağı ehtiyat edilir.

Qeyd edək ki, ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən "Astroworld" Musiqi Festivalında səhnəyə çıxan Travis Skottun konsertində də oxşar izdiham yaşanıb və 11 nəfərin infarkt keçirdiyi bildirilir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR