İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dedilər, Putinə böhtan at, cəzanı azaldaq” - Viktor But

Rusiyaya qaytarılan biznesmen Viktor But yerli mediaya səs-küylü açıqlamalar verib.

Sfera.az bildirir ki, o, “Komsomolskaya Pravda”ya müsahibəsində ABŞ-dakı istintaq prosesindən danışıb. Viktor həbs cəzasının azaldılması və ailəsi üçün “yaşıl kart” müqabilində Rusiya prezidenti Vladimir Putinə böhtan atmaq təklifi aldığını deyib.

“Məni ömürlük həbslə hədələdilər. Hətta “ABŞ hökuməti” adından həyat yoldaşıma müraciət etdilər. Ona dedilər ki, əməkdaşlıq etsəm, həbs müddətimi qısaldacaqlar, ailəmə “yaşıl kart verəcəklər”. Putin haqqında mənfi açıqlamalar verməyimi istədilər. Belə təkliflər istintaq zamanı - Amerika kəşfiyyat xidmətləri mənə təzyiq göstərməyə çalışarkən gəldi”.

Xatırladaq ki, Rusiyada narkotik qaçaqmalçılığında təqsirli bilinən amerikalı basketbolçu Britni Qriner ABŞ-da qeyri-qanuni silah ticarəti və terroru dəstəkləmək cəhdinə görə məhkum edilmiş rusiyalı Viktor Butla dəyişdirilib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, məhbusun qaytarılması prosesi FSB vasitəsilə təşkil olunub.

Viktor But Amerika vətəndaşlarının qətli məqsədi ilə sözləşmə hazırlamaqda və terrorizmə maddi dəstək verməkdə ittiham olunub. O, 2008-ci ilin martında Banqkokda həbs olunub və ABŞ-a gətirilərək 25 il həbs cəzasına məhkum edilib. Amerikalı basketbolçu Brittni Qrayner barəsində isə Rusiyanın Ximki Şəhər Məhkəməsi tərəfindən narkotik qaçaqmalçılığı ittihamı ilə 9 illik həbs və 1 milyon Rusiya rublu cərimələnməsi qərarı verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR