İnsanlara hürriyət, millətlərə istiqlal!

Dayısı I Qarabağ müharibəsində şəhid olan Üzeyir dəfn olundu - FOTOLAR

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən həlak olan daha bir hərbçimiz torpağa tapşırılıb.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Göygöl rayon Qızılqaya qəsəbəsinin sakini Əliyev Üzeyir Sabir oğlu bu səhər sözügedən qəsəbəyə gətirilib. Doğulduğu evdən son mənzilə yola salınıb. Ü.Əliyev Göygöl Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, əslən Daşkəsən rayonundan olan Əliyev Üzeyirin 29 yaşı var idi. O, müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Ü.Əliyev I Qarabağ Müharibəsində şəhid olan Arif Mahmudovun bacısı oğludur.

Allah rəhmət eləsin!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR