İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkənddə üç əcnəbi iki azərbaycanlıya qarşı reketlik edib

Daşkənddə Azərbaycandan olan iki sahibkardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən üç əcnəbi - Rusiya və Azərbaycan vətəndaşları saxlanılıb.

Musavat.com Gazeta.uz-a istinadla xəbər verir ki, bu barədə Özbəkistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yanvarın 10-da Bəktəmir rayonundakı bazarda qardaşı ilə birgə sitrus meyvələri satan 42 yaşlı Azərbaycan vətəndaşı Daxili İşlər Nazirliyinin əməliyyat-istintaq idarəsinə ərizə ilə müraciət edib. O bildirib ki, noyabrda baş verən münaqişədən sonra tanıdığı Rusiya vətəndaşı təhqirlərə görə ondan 5 min dollar tələb edib.

Xəbərdə deyilir ki, dekabrın 15-də rusiyalı əvvəllər bir neçə dəfə məhkum olunmuş 50 yaşlı Azərbaycan vətəndaşını Daşkəndə dəvət edib. Onlar birlikdə sahibkara və onun qardaşına təzyiq ediblər. Reketirlər 1500 dollar aldıqdan sonra yenə onlardan 3500 dollar tələb etməyə davam ediblər.

Həmin gün Mirabad rayonu ərazisində həyata keçirilən əməliyyat tədbiri zamanı 3 şübhəli şəxs yerdə qalan məbləği alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 165-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi (hədə-qorxu ilə tələb etmə külli miqdarda törədildikdə) ilə cinayət işi başlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR