İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkənddə özbək dilində nəşr olunan “Kitabi Dədə Qorqud” dastanının təqdimatı olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Mirzo Uluqbek adına Özbəkistan Milli Universiteti ilə birgə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində özbək dilinə tərcümə və çap olunmuş “Kitabi Dədə Qorqud” dastanının təqdimat mərasimi keçirib.

Kitab Azərbaycan Mədəniyyət Nazirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi ilə alim-tədqiqatçı Rustamcon Cabbarov tərəfindən Azərbaycan dilindən Özbək dilinə tərcümə edilmiş və çap olunmuşdur.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Bakıdan gələn qonaqlar, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, ədəbiyyat xadimləri, universitetin müəllim-professor və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin prorektoru Raima Şirinova iki qardaş xalqın tarixi dostluq əlaqələri və hazırkı strateji müttəfiqlik münasibətləri haqqında danışıb. O, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tərcümə və çap olunan "Kitabi Dədə Qorqud" dastanının nəinki Azərbaycanın, bütün Türk dünyasının şifahi xalq ədəbiyyatının şedevri olduğunu qeyd edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov "Kitabi Dədə Qorqud" dastanında Azərbaycan xalqının keçmiş həyat tərzi, mədəniyyəti, adət-ənənələrinin öz əksini tapdığını qeyd edərək, təqdim olunan kitabın əhəmiyyətindən danışıb.
Samir Abbasov Türk dünyasının unikal abidəsi olan dastanda Azərbaycan toponimlərinin geniş əks olunduğunu, qəhramanlıq, saf məhəbbət, böyüyə hörmət, Vətənə sevgi hislərinin aşılandığını qeyd edib. O, Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyinin Azərbaycanda geniş qeyd olunduğunu söyləyərək, haqlı olaraq hər bir azərbaycanlının bu eposla fəxr edə biləcəyini qeyd edib.

Azərbaycan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva öz çıxışında xalqlarımız arasında tarixi yaxınlıq, eyni dil, mədəniyyət, soykök, ənənələrə malik Azərbaycan və Özbək xalqlarının zəngin poeziyaya sahib olduğunu qeyd edib. Türk xalqlarının yaratdığı bir çox dastanların xalqlarımızın şanlı tarixini, mədəniyyətini, məişət həyatını, şəxsiyətlərinin öyrənmək üçün misilsiz mənbə olduğunu bildirən Millət vəkili özbəklərin "Alpamış", qırğızların "Manas", azərbaycanları isə "Kitabi Dədə Qorqud" dastanlarının oxşar xüsusiyyətlərinə dair fikirlərinin bölüşüb.

Bu cür folklor nümünələri, dastanların, Türk xalqlarının ortaq dəyərlərə malik olduğunu sübut etdiyini bildirən Q. Paşayeva "Kitabi Dədə Qorqud" dastanındakı vətənə məhəbbət, düşmənə nifrət, qəhramanlıq ideyalarının gənc nəslin formalaşması üçün tərbiyəvi əhəmiyətindən danışıb.

Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin professoru Hamidulla Baltabayev Azərbaycan-Özbəkistan arasında ədəbi əlaqələrdən danışaraq, "Kitabi Dədə Qorqud" dastanına Özbəkistanda da böyük maraq olduğunu və bu mövzuda təqdiqat əsərlərinin hazırlandığını qeyd edib.

H. Baltabayev VI - VII əsirə aid olan dastanın Azərbaycan, Türk xalqlarının zəngin və gözəl dəyərlərə, ənənələrə malik olduğunu göstərdiyini vurğulayıb. "Kitabi Dədə Qorqud" dastanının özbək dilində nəşri tədqiqatçılar, müəllimlər, tələbələr, hətta şaqirdlər üçün əvəzsiz mənbə olduğunu qeyd edən professor bu gözəl layihəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkürünü bildirib.

Dİgər çıxışçılar, Özbək professorlar Nəsimxan Rəhmonov, Nigina Şermuhammedova, İsomiddin Yormətovun, Xosiyyət Rüstəmova, Şəhla Qasımova, Xurşidə Cəlilova Türk xalqlarının ortaq dəyərləri, Azərbaycan şifahi xalq ədəbiyyatının şedevri olan "Kitabi Dədə Qorqud" dastanı, buradakı tərbiyəvi məsələlər, ayrı-ayrı boylardakı mövzular haqqında fikilərini bölüşüblər.

Tədbirin sonunda Azərbaycanın əməkdar artisti, tarzən Sahib Paşazadə "Dədə Qorqud" filmindən bir sıra müsiqiləri ifa edib.

Qeyd edək ki, ilk dəfə olaraq özbək dilinə tərcümə olunmuş "Kitabi Dədə Qorqud" dastanına Azərbaycan mədəniyyət naziri Anar Kərimov və Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov "Ön söz" yazmış, dastanın Azərbaycan xalqının milli sərvəti, bəşər mədəniyyətinin nadir incisi olduğunu qeyd ediblər.

Onlar dastanın gələcək nəsillərin milli vətənpərvərlik, bəşəri sevgi, mərhəmə, qarşılıqlı hörmət, tolerantlıq ruhunda tərbiyəsi üçün əhəmiyyətini vurğulayaraq, əsərin özbək dilinə çevrilərək nəşr edilməsi 1300 il bundan əvvəl Azərbaycan, Türk xalqlarının şanlı tarixini, qəhrəmanlığını, müdrikliyini, milli mədəniyyətini əks etdirən, canlı tarix hesab edilən eposun özbək oxucularında böyük maraq yaradacağına inamlarını ifadə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR