Onlayn ictimai-siyasi qəzet
Çin alimləri danışıq qabiliyyətini itirmiş xəstələr üçün beyin-maşın interfeysi (BMI) əsasında yeni texnologiya hazırlayıblar.
Yeni "NeuCyber Matrix BMI System" adlı sistem ALS və afaziya kimi nevroloji xəstəliklər səbəbindən danışmaq qabiliyyətini itirmiş bir xəstəyə tətbiq edilib. Martın 14-də başlayan məşqlər zamanı xəstənin dil anlama bacarıqlarında sürətli inkişaf qeydə alınıb. İlk üç saatda anlama nisbəti 34% olduğu halda, zamanla bu göstərici 52%-ə yüksəlib.
Tədqiqatçılar bildirirlər ki, bu inqilabi texnologiya gələcəkdə epilepsiya, iflic, onurğa beyni zədələri və digər nevroloji xəstəliklər üçün klinik tətbiqlərdə də istifadə edilə bilər. Beyin-maşın interfeysinin sinir sistemi xəstəlikləri ilə mübarizədə böyük potensiala malik olduğu vurğulanaraq, daha geniş istifadəsi üçün araşdırmalar davam etdiriləcək.//E-saglam.az
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ