İnsanlara hürriyət, millətlərə istiqlal!

Danilovdan Medvedevə: "Krımı ağrısız, tez bir zamanda geri qaytaracaqsınız"

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmtiri Medvedev Krım yarımadasına ediləcək hər hansı hücumun ölkəsinə müharibə elanı olaraq qiymətləndiriləcəyini söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov tvitter səhifəsində həmkarına özünəməxsus üslübda cavab verib.

“Cənab Medvedevi sakitləşdirmək istəyirəm: “Krım bizimdir” cümləsi yalnız Kremlin ayrı-ayrı xadimlərinin xəstə antisemit, ukraynafobik təxəyyüllərdə mövcud ola bilər və onlara görə Krım üçün heç bir cəhd olmayacaq. Bildirmək istərdim ki, müvəqqəti olaraq işğal olunmuş ərazilərin qaytarılması dərhal həyata keçiriləcək.

“Heç bir hörmət olmadan, Aleksey Danilov,  - deyə mesajda yazılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR