İnsanlara hürriyət, millətlərə istiqlal!

Danielyan: “Ermənistan o oyunda məğlub oldu”

“Keçmiş hakimiyyət niyə qərbyönlü müxalifət formalaşdırıb?”

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sual yerli politoloq Stepan Danielyan tərəfindən sosial şəbəkədə yazdığı statusda qoyulub.

“Texnologiya olduqca primitivdir. Ermənistan Rusiyanın təsir zonasında olduğu üçün qərbyönlü müxalifət olmalı idi ki, Rusiya daha “kiçik şər”i seçməyə məcbur qalısın. Bu isə manevr üçün geniş meydan yaradırdı. İkinci şərt siyasi elitanı asılı vəziyyətə salan maliyyənin Qərbdə olması ilə bağlıdır. Məsələn, 1996-cı ildə ümumerməni milli hərəkatı prezident seçkiləri zamanı kommunist namizəd Badalyanı Ter-Petrosyanın əsas rəqibinə çevirməyə çalışırdı. Bununla da Ter-Petrosyan həm Qərbdən, həm də Rusiyanın anti-kommunist hakimiyyətindən dəstək almışdı. Bu, 1996-cı ildə nəticə vermədi, lakin 2018-ci ildə müvafiq faciəvi nəticələr verdi. Ermənistan siyasi poker oyununda məğlub oldu”, - deyə Danielyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR