İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir ölkədən Ukraynaya 700 milyon avroluq yardım

Almaniya Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitində Ukrayna silahlı qüvvələrinə yeni 700 milyon avroluq dəstək paketi hazırladığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius deyib:

“Çox xoşbəxtəm ki, bu gün Vilnüsdə Ukraynaya Rusiyanın hücumuna qarşı başqa bir dəstək paketi yarada bildiyimizi açıqlayıram. Paket Ukraynanın prioritetlərinə xidmət edəcək. Hava hücumundan müdafiə, tanklar, artilleriya. Paketin dəyəri təxminən 700 milyon avrodur. Bununla biz Ukraynanın gücləndirilməsinə mühüm töhfə vermiş oluruq”.

Qeyd edək ki, Almaniya indiyədək Ukraynaya təxminən 3 milyard avro dəyərində silah göndərilməsini təsdiqləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR