İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir ölkə iranlı idmançılara VİZA VERMƏDİ

Müxtəlif ölkələrin iranlı idmançılara viza verməməsi hələ də davam edir.

Musavat.comAzad İrana istinadən xəbər verir ki, bu dəfə Niderland iranlılara idman yarışında iştirak etmək üçün viza verməyən digər Avropa ölkələri qrupuna qoşulub.

Məlumata görə, İranın oturaq voleybolçuları (oturaq voleybol - aşağı ətraflarının hərəkət məhdudiyyətli insanların idman növü) idman sahəsində diplomatiyanın zəifliyinə tuş gəliblər.

Qeyd olunub ki, İranın Oturaq Voleybol üzrə Milli Komandası Parisdə Paralimpiya Oyunlarında iştirak etməzdən öncə hazırlıq məqsədi ilə Niderlandda keçiriləcək beynəlxalq turnirə qatılmalı idi. Ancaq Niderland səfirliyi iranlılara viza verməkdən imtina edib. Hələlik iranlı idmançılara viza verilməməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR