Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.
Musavat.com xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev finalda komanda yoldaşı Ömər Rəcəblini məğlub edərək, fəxri kürsünün birinci pilləsinə qalxıb.
Bundan öncə Hidayət Heydərov (73 kiloqram) da qızıl medalın sahibi olub.
Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.
Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ