İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir Afrika ölkəsində çevriliş: Qabonda hərbçilər hakimiyyəti ələ keçirdi

Mərkəzi Afrika ölkəsi Qabonda bir qrup yüksək rütbəli hərbçi "Qabon 24" telekanalına çıxıb və hökumətin ələ keçirildiyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Qabon prezidenti Əli Bonqonun 3-cü müddətə seçkiləri qazanmasının ardından edilən açıqlamada idarənin ələ keçirildiyi bildirilib. Yüksək rütbəli hərbçilərin səhər televiziyada verdiyi açıqlama prezident Bonqonun qələbəsi və onun üçüncü müddətinin seçki şurası tərəfindən elan edilməsindən sonra verilib.

"Reuters" xəbər agentliyinə danışan şahidlər paytaxt Librevildə atəş səslərinin eşidildiyini bildiriblər. Qabon hökuməti məsələ ilə bağlı açıqlama verməyib.

Televiziya ilə danışan Qabon hərbçiləri deyib: "Biz Qabon xalqı adından sülhü qorumaq üçün mövcud rejimə son qoymağa qərar verdik".

Qabon prezidenti Əli ben Bonqo Ondimbanın ev dustaöı edildiyi bildirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR