İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, bəzi yerlərdə güclü qərb küləyi əsib.

Milli Hidrometrologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, küləyin sürəti Bakıda və Abşeron yarımadasında və Şəkidə 25 m/s, Naftalanda 24 m/s, Ağsuda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Ağdam, Şahdağ, Kəlbəcər, Bərdədə 20 m/s, Şabran, Mingəçevir, Tərtər, Daşkəsən, Altıağac, Qəbələdə 18 m/s, Yardımlıda 17 m/s, Zəngilanda 15 m/s-dək güclənib. Bu da narıncı xəbərdarlığa uyğundur.

Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR