İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda matəm elan olundu

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı Dağıstanda matəm elan olunub.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Melikov qərar qəbul edib.

Onun sözlərinş görə, hadisə zamanı həlak olan şəxslərin ailələrinə 1 milyon rubl vəsait ayrılacaq.

Xatırladaq ki, Mahaçqalada yerləşən yanacaqdoldurma məntəqəsinin yanındakı obyektdə baş verən partlayış zamanı 27 nəfər həlak olub, daha 75 nəfər isə yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR