İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıntılar altından sağ çıxan azərbaycanlı tələbələr: “Fiziki zədə almasaq da...

Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbələr - Gülşən və Jalə Cəfərova bacıları bu gün “Elgizlə izlə” verilişinə danışıblar.

Musavat.com-un xəbərinə görə, sosial şəbəkə üzərindən verilişə qoşulan bacılar fiziki zədə almadıqlarını, bununla belə ciddi psixoloji travma yaşadıqlarını deyiblər:

“Fiziki zədə almadıq. Amma soyuqda, qarda ayaqyalın dayandığımızdan ayağımızı soyuq vurub və buna görə müalicə alırıq. Fiziki zədə almasaq da, çox ciddi psixoloji travma aldıq. İnsanlar gözümüzün önündə öldü, yaxınlarımızı, tələbə yoldaşlarımızı itirdik”.

Qeyd edək ki, Gülşən və Jalə Cəfərova bacıları ötən gün ölkəyə gətirilib. Gülşən Cəfərova Kahramanmaraş Sütçü İmam Universitetinin, Jalə Cəfərova isə Kırşehir Ahi Evran Universitetinin tələbəsidir. Bacılar zəlzələ baş verən vaxt birlikdə olublar. Onlar ərazidəki sakinlərin köməyi ilə xilas ediliblər.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR