İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıntılar altında qalan iki azərbaycanlı tələbədən hələ də xəbər yoxdur, valideynləri acınacaqlı vəziyyətdə...

Malatyada təhsil alan  azərbaycanlı tələbələrdən hələ də xəbər yoxdur.

Samir Quliyev və Hümam İsmayıllının valideynləri Musavat.com-a bildiriblər ki, iki gündür əlaqə yaratmağa çalışsalar da, övladları ilə bağlı hər hansı bilgi ala bilmirlər. Onlar qeyd edirlər ki, rəsmi qurumlara da müraciət ediblər, müsbət cavab ala bilməyiblər. Samir və Hümam Malatyada İnönü Universitetində magistr pilləsi üzrə təhsili alırlar. İki yoldaş eyni mənzildə yaşayıblar. Onların dağıntılar altında qaldığı bildirilir.
Qeyd edək ki,

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov mediaya açıqlamasında deyib ki, Malatyada bir binanın dağılması nəticəsində 4 tələbəmiz dağıntılar altında qalıb. O, bildirib ki, günortaya yaxın həmin tələbələrin dağıntılar altından çıxarılması üçün qazıntı işləri aparılırdı. Lakin yandakı iki binanın uçması nəticəsində xilasetmə işləri dayandırılıb.

Səfir bildirib ki, başqa tələbələrin hamısı ilə demək olar ki, əlaqə saxlanılıb. R.Məmmədovun sözlərinə görə, bir nəfər istisna olmaqla başqa pis xəbər yoxdur.

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR