İnsanlara hürriyət, millətlərə istiqlal!

Çox gecdir, MAKRON! Hər şeyi gördük - Fransanı ayağa qaldıran "SEHRLİ OYUN" - VİDEO

Yelisey sarayında TF1 kanalının əməkdaşı Mari-Sofi Lakarrau və France 2 kanalının əməkdaşı Julian Bugierin suallarını cavablandıran Fransa prezidenti Emmanuel Makron müsahibənin ortasında bahalı saatını biləyindən çıxarıb.

Musavat.com xəbər verir ki, Fransa liderinin bu hərəkəti izləyicilərin diqqətlindən yan keçməyib.

Canlı yayım davam edərkən Makronun əlini masanın altına salması və ehtiyatla saatı çıxarması sosial mediada böyük qəzəb dalğasına səbəb olub. Fransızlar Makronu “xalqdan pul qopmaqda” günahlandırıb, müxalifət isə Fransa liderini “varlıların prezidenti” adlandırıb.

Böhrana səbəb olan saatın dəyəri dəqiq bilinmir. Tənqidçilər saatın 80.000 avro olduğunu iddia edir, Fransa mediası isə sözügedən aksesuarın Bell & Ross tərəfindən istehsal edildiyini və qiymətinin 1600 avro ilə 2400 avro arasında olduğunu yazıb.

Pensiya qanununa qarşı geniş etiraz aksiyalarının davam etdiyi Fransada qısa müddətdə viral olan görüntüyə o qədər reaksiya gəlib ki, Yelisey Sarayı məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb. Açıqlamada Makronun saatı gizlətməyə çalışmadığı, aksesuarın masaya dəydiyi üçün səs etdiyi və bu səbəbdən çıxarıldığı bildirilib.

Britaniyanın "Daily Mail" qəzeti "Çox gecdir, Makron, biz sənin lüks saatını gördük" yazıb. “The Telegraph” qəzeti Makronun kostyumunun da 5 min avro dəyərində olmasına diqqət çəkib.

Fransa mətbuatında isə "Makronun sehrli oyunu" başlığı diqqət çəkib. Fransızlar Makronun saatının qəfil yox olmasına lağ ediblər və bildiriblər ki, aşağı maaşlı işçilərin heç vaxt belə bir saat almaq üçün kifayət qədər büdcəsi olmayacaq.

Qeyd edək ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahat bütün ölkədə etirazlara səbəb olub. Sözügedən qanunun qəbulu üçün Fransanın baş naziri Elizabet Borne konstitusiyadakı xüsusi maddədən istifadə edərək Fransa parlamentini prosesdən kənarlaşdırıb. Daha sonra ölkədə genişmiqyaslı etirazlar başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR