İnsanlara hürriyət, millətlərə istiqlal!

COVID-19-un yeni varisi - Eris

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinə (UKHSA) görə, COVİD-19-un yeni Eris variantı ölkə üzrə hər 7 yeni hadisədən birini təşkil edir. Eris Böyük Britaniyada arkturusdan sonra ikinci ən çox yayılmış variant olaraq qeydə alınıb, bu halların təxminən yarısını 39,4 faiz təşkil edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, səlahiyyətlilər dünyada COVID-19 vaqiələrinin artışı davam etdiyi üçün vəziyyəti yaxından izlədiklərini bildirdilər.

İngiltərədə COVID-19 infeksiyası və peyvənd nisbətləri ilə bağlı rəqəmləri təxmin edən "Zoe COVID-19 Symton Study"yə görə, iyulun 4-də 606 min 656 olan təxmin edilən yoluxma sayı 200 min artaraq 785 minə yüksəlib.

Mütəxəssislər ölkədə COVID-19-a yoluxma hallarının artmasının iyulun 21-də "Barbi" və "Oppenheymer" filmlərinin nümayişi ilə bağlı milyonlarla insanın kinoteatra axışması ilə bağlı ola biləcəyini ehtimal edirlər.

Hesab olunur ki, insanların yaxın məsafədə qapalı və zəif havalandırılan ərazilərdə toplanması yoluxma sürətini artırmış ola bilər.

Bildirilir ki, mümkündür ki, xəstəliyə qarşı immunitetin azalması və COVID-19 peyvəndlərindən sonra müəyyən müddət keçməsi də yoluxma hallarını artırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR