İnsanlara hürriyət, millətlərə istiqlal!

Conson: “Qərb Rusiyaya qarşı sanksiyaları artırmaqdan çəkinməyəcək”

Qərb Rusiyaya qarşı sanksiyaları artırmaqdan çəkinməyəcək və Kremlin aqressivliyinin artması səbəbindən Ukraynaya müdafiə hərbi yardımını davam etdirəcək.

“Report” “SkyNews”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson deyib.

Boris Conson Putinin Ukraynaya genişmiqyaslı işğala başlamaq qərarını onun fəlakətli səhvi adlandırıb. O, qeyd edib ki, bu tezisi hər gün Ukrayna xalqının qəhrəmancasına müqaviməti təsdiq edir.

O, həmçinin bildirib ki, Rusiya Avropanın “İkinci Dünya Müharibəsindən, “Üçüncü Reyx”dən bu günə kimi” görmədiyi səviyyədə hərbi cinayətlərlər törədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR