İnsanlara hürriyət, millətlərə istiqlal!

Con Boltondan İran açıqalaması: "Şah hakimiyyətinin son ilinə bənzəyir..."

Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri və ölkənin BMT-dəki keçmiş səfiri Con Bolton deyib ki, İran rejimi 1979-cu il inqilabından sonra həmişəkindən daha çox avtokratik olub və daxili təzyiq altındadır.

Musavat.com xəbər verir ki, Bolton oktyabrın 19-da “Deily Teleqraf” qəzetində “İranın avtokratik ayətullahları yıxılmaq üzrədir?” başlıqlı məqaləsində iranlı etirazçıların sistem dəyişikliyi strategiyalarında seçim və koordinasiyaya doğru getməli olduğu yazıb.

İranın etnik bölgələri arasında etirazların yayılmasını vurğulayan amerikalı diplomat xatırladıb ki, bu qiyam təkcə təhsilli və şəhərli təbəqələr arasında deyil, həm də marjinal və kənd yerlərində davam edir.

"Rejim etirazçılara vəhşicəsinə cavab verib, ancaq görünən odur ki, ayətullahlar da nümayişçilərin miqyası və qorxmazlığı qarşısında iflic olublar",- deyə, yazan Con Bolton Tehran hökumətinin çaşqın vəziyyətdə olduğunu bildirib.

O, İslam Respublikası sisteminin ideoloji sütunlarından biri olan məcburi hicaba qarşı çıxmasının inqilabın formalaşmasını sürətləndirdiyinə işarə edərək, rejim müxaliflərindən fikir ayrılıqlarını bir kənara qoymalarını istəyib.

Boltonun sözlərinə görə, rejim dəyişikliyi strategiyasına indi qərar verilməsə, bu qiyam İran İslam Respublikasının tarixində növbəti etiraz aksiyasına çevriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR