Onlayn ictimai-siyasi qəzet
Co Bayden seçki yarışından geri çəkilə bilər.
Musavat.com xəbər verir ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden seçki yarışından yalnız bir şərtlə geri çəkiləcəyini deyib. O, ABC telekanalına müsahibəsində namizədliyini geri götürüb-götürməyəcəyi barədə suala belə cavab verib: “Əgər Uca Rəbb göydən enib mənə desə, bunu edə bilərəm”.
Eyni zamanda Bayden onu da bildirib ki, Konqresin hər iki palatasındakı Demokratlar Partiyasının fraksiyalarının rəhbərliyi onu seçki yarışını tərk etməməyə inandırır.
Xatırladaq ki, iyunun 27-də Corciya ştatının Atlanta şəhərində Bayden və onun əsas siyasi rəqibi respublikaçı Donald Tramp arasında teledebat baş tutub. CNN-in ekspress sorğusuna əsasən, debatı izləyən tamaşaçıların üçdə ikisi Trampın qələbə qazandığını deyib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Namizədlər yayda keçiriləcək partiya qurultaylarında təsdiqlənəcək.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ