İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN: Ukrayna Silahlı Qüvvələri əks-hücumun yeni mərhələsinə başlayıb  

Ukrayna Silahlı Qüvvələrinin (USQ) cənubda Rusiya müdafiəsini yarıb keçmək cəhdləri əks-hücumun yeni mərhələsinin başlandığını göstərir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Kanal Ukrayna rəsmilərinin hücumda iştirak etmək üçün hansı yeni bölmələrin göndərildiyi barədə çox az məlumat verdiyinə diqqət çəkib. CNN-nin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda cənub cəbhəsinin “mühüm sektorunda” müasir Qərb texnikası ilə təchiz edilmiş ən azı bir bölmə yerləşdirib.

Məkanın video görüntülərində Ukraynanın “Bradley” kimi zirehli maşınlarının hücuma cəlb olunduğu və təcrübəli bölmələrin hərəkətə keçdiyini nümayiş olunub.

ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiki Corc Barros isə Ukraynanın nə tabor səviyyəsində (250-dən 500 nəfərə qədər) nə də briqada (təxminən 3 min nəfər) səviyyəsində hücumlarına dair heç bir dəlil görmədiklərini açıqlayıb. “Əgər ukraynalılar, həqiqətən də, xəbər verildiyi kimi, hücuma tam tabor və briqadalar göndərirsə, bu, Ukraynanın əks-hücumunda açıq-aşkar yeni mərhələ deməkdir”, - deyə ekspert bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR