İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çırpınırdı Qaradəniz" hələ belə alqış görməmişdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib.

Rəsmi qarşılanmadan sonra “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib. Ziyafət konsert proqramı ilə davam edib.

Musavat.com xəbər verir ki, konsert proqramında maraqlı anlar yaşanıb. 

“Çırpınırdı Qara dəniz” ifasını Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ayaq üstə alqışlayıblar.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR