Onlayn ictimai-siyasi qəzet
Mayın 2-də Suriya hava məkanında Türkiyə və İsrail hərbi hava qüvvələri arasında tarixi və gərgin anlar yaşanıb.
Musavat.com xəbər verir ki, Türkiyəyə məxsus F-16 qırıcıları ilk dəfə olaraq İsrail hərbi təyyarələri ilə üz-üzə gəlib.
Hadisə İsrailin Suriyaya qarşı apardığı genişmiqyaslı hava hücumları zamanı baş verib. Məlumata görə, Türkiyə təyyarələri Suriya hava məkanına daxil olaraq İsrail qırıcılarına xəbərdarlıq siqnalları göndərib.
"Sözçü" qəzetinin məlumatına görə, eyni zamanda İsrailin hava hücumları zamanı Türkiyə ilə əlaqəli olan “Sultan Murad” və “Süleyman Şah” kimi silahlı qruplaşmaların bazalarına da zərbələr endirilib.
Bu hadisə Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətlərin daha da sərtləşəcəyindən xəbər verir və regionda potensial hərbi qarşıdurma ehtimalını artırır.
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ