İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çırpınırdı Qara dəniz" Ərdoğanın seçki mahnısı oldu - VİDEO

Dahi bəstəkar Üzeyir Hacıbəyovun şair Əhməd Cavadın sözlərinə bəstələdiyi "Çırpınırdı Qara dəniz" mahnısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki mahnısı olub.

Musavat.com xəbər verir ki, bu barədə İctimai TV-də videoçarx nümayiş olunub.

Vətənpərvərlik ruhu aşılayan ifanın sözləri dəyişdirilərək "Senden vazgeçmeyiz" adlandırılıb.

Videoda Türkiyə dövlət başçısının müxtəlif tədbirlərdə çıxışı, o cümlədən prezident İlham Əliyevlə Ərdoğanın görüntüləri də yer alıb.

Məlumat üçün bildirək ki, qardaş ölkə Türkiyədə prezident seçkiləri gələn il baş tutacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR