İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cinsi azlıq ideologiyasının təbliği dövlətlər üçün təhdiddir”-ekspert  


“LGBT hüquqları, söz azadlığı və insan hüquqları məsələlərində dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Fikir verirsinizsə, "LGBT hüquqları" adı altında xüsusilə ABŞ-dan başladılan kampaniya var”.

Bu fikirləri Sosial Təqdiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib. Ekspert cinsi azlıqlarla bağlı ideologiyaya böyük sərmayə qoyulduğuna diqqət çəkdi: “Bu ideologiya filmlər və s. vasitəsilə geniş təbliğ olunur. Bu elə bir dağıdıcı təsirdir ki, hər bir ölkə vətəndaşının ənənəvi cinsi özünəməxsusluğuna ciddi zərbə vurur. Xüsusilə, ailə dəyərləri əsasında formalaşan dövlətlər üçün bu böyük təhdiddir. Bakıda LGBT bayrağının qaldırılması biabırçı yanaşmanın təzahürüdür”.

Ekspert hesab edir ki, insanın cinsi seçimi yalnız özünə məxsusdur, buna heç kim müdaxilə edə bilməz. Ə.Əlibəylinin fikrincə, əgər bu təbliğat vasitəsinə çevrilirsə, sosial şəbəkələrə daşınırsa, bu, böyük problem deməkdir:

““Qeyri-ənənəvi cinsi münasibət, pedofiliya dünyanın bəzi ölkələrində qadağan olunub. Ölkə özünəxas xüsusiyyətləri qorumağa, milli-əxlaqi dəyərlərini qorumağa məcburdursa, LGBT məsələsinə ciddi reaksiya verməlidir. Hesab edirəm ki, Azərbaycanda qanun qəbul olunsa, daha məqbul olar”.


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR