İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinlilər Blinkenin Pekinə gəlişini aqressiv qarşılayıblar

ABŞ dövlət katibi Entoni Blinken iyunun 18-də Pekinə səfər edib. Xaricdə yaşayan çinlilər, eləcə də Çində olanlar Blinkenin səfərini açıq-aşkar qıcıqla qarşılayıb, sosial şəbəkələrdə bu haqda yazıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, çinli Li Adong ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın ABŞ-ın Blinkenin Çinə səfərindən heç nə gözləmədiyi ilə bağlı sözlərinə cavab olaraq qəzəblənib: “Əgər Entoni Blinken bura ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmaq məqsədi ilə yox, ictimaiyyət qarşısında özünü göstərmək və Amerika dəyərlərini sırımaq üçün gəlibsə, o, heç Çinə gəlməməli idi”.

Tang Yang Yi Amerika dövlət katibinin səfərinin səbəbini belə müəyyənləşdirib: “Blinken Pekinə yalnız bir məqsədlə getdi - ABŞ bütün dünyaya elan etsin ki, biz Çinlə sülh bağlamağa çalışdıq, lakin onlar bizimlə əməkdaşlıq etməkdən imtina etdilər, buna görə də bizim günahımız yoxdur. 

Çin Xalq Respublikasının polisinin təbliğat bürosunun əməldaşı Jao Da Şuai qeyd edib ki, Çinin ABŞ dövlət katibi Entoni Blinkenin gəlişinə münasibətini qırmızı xalçanın olmaması kimi xırda məqamlarla asanlıqla müəyyən etmək olar. Hətta iyunun 17-də prezident Si Tsinpinlə görüşə gələn Bill Qeyts daha yaxşı və daha hörmətlə qarşılanmışdı”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR