İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinə məxsus təyyarələr Tayvanın hava sərhədini pozub

Çin Xalq Azadlıq Ordusunun 7 gəmisi Tayvan boğazına daxil olub, həmçinin Çinə məxsus 71 təyyarə boğazın üzərində uçuş həyata keçirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik 47 təyyarənin adaya yaxınlaşdığını və Tayvanın hava sərhədlərini pozduğunu açıqlayıb.

Xatırladaq ki, Çin və ABŞ arasında münasibətlər ABŞ Konqresinin spikeri Nensi Pelosinin avqustun 2-də Çinin öz ərazisi hesab etdiyi Tayvan adasına səfərindən sonra kəskinləşib. Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Cozef Bayden ilə noyabr ayında baş tutmuş görüşündə Tayvan məsələsinin ölkəsi üçün “qırmızı xətt” olduğunu bəyan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR