İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən xammal bazarları üçün SEVİNDİRİCİ XƏBƏR

2024-cü ilin birinci rübündə Çində ümumi daxili məhsul istehsalı illik ifadədə 5,3 faiz artaraq 29,63 trilyon yuana (4,17 trilyon dollar) çatıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Çin Dövlət Statistika İdarəsi (SSA) açıqlayıb.

İdarənin hesabatına əsasən, nəticədə Çin ÜDM-nin artımı ötən ilin dördüncü rübündəki 5,2 faizdən daha sürətli olub.

"Trading Economics" analitikləri orta hesabla 5 faiz artım proqnozlaşdırmışdılar. "The Wall Street Journal"ın respondentləri artımın daha da kiçik - 4,8 faiz olacağını gözləyirdilər. Çinin yanvar-mart aylarında əvvəlki üç aya nisbətən ÜDM artımı 1,6 faiz təşkil edib. Bu rəqəm ardıcıl yeddinci rüb artıb. Dördüncü rübdə iqtisadiyyat əvvəllər bildirildiyi kimi 1 deyil, 1,2 faiz böyüyüb.

Çin Statistika İdarəsinin məlumatına görə, birinci rübdə adambaşına düşən gəlir 11 539 yuan (1 625 ABŞ dolları) təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,2 faiz çoxdur. Şəhər əhalisi üçün bu rəqəm 5,3 faiz artaraq 15,15 min yuana, kənd yerlərində yaşayanlar üçün 7,6 faiz artaraq 6596 yuana çatıb.

Ölkə hökuməti 2024-cü ildə təxminən 5 faizlik iqtisadi artımı təmin etməyi qarşısına məqsəd qoyub. Ötən ilin sonunda ÜDM 5,2 faiz artıb.

Qeyd edək ki, Çində iqtisadi artımın sürəti xammal, xüsusilə də neft bazarında qiymətlərə təsir edən ən mühüm amildir. Çin hazırda əksər xammalların ən böyük alıcısıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR