İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən ABŞ-a kəskin xəbərdarlıq: Lazımi tədbirlər görəcəyik!  

Çin hökuməti ikitərəfli ticarət danışıqlarından az əvvəl ABŞ-ın Çin şirkətlərinə qarşı tətbiq etdiyi son sanksiyalara kəskin etirazını bildirib.

Musavat.com xəbər verir ki, bu mövqe Çin Ticarət Nazirliyinın bəyanatında əksini tapıb.

Nazirlik qeyd edir ki, ABŞ Ticarət Nazirliyi yarımkeçiricilər, biotexnologiya, aerokosmik və kommersiya logistikası kimi Çin sənayelərinə münasibətdə "milli təhlükəsizlik anlayışından sui-istifadə edir".

Çin Ticarət Nazirliyi Vaşinqtonu "başqa ölkələrin, o cümlədən Çinin müəssisələrini sıxışdırmaq və məhdudlaşdırmaq" üçün eqoist məqsədlər naminə "birtərəfli zorakılıq" tədbirləri görməkdə ittiham edib.

Bəyanatda qeyd olunur ki ABŞ dövlətlərarası ticarət münasibətlərini, Pekinin maraqlarını və qlobal təchizat zəncirlərini pozur:

"Çin bu cür hərəkətlərə kəskin etirazını bildirir. Çin və ABŞ sentyabrın 14-nə İspaniyada ticarət-iqtisadi danışıqlar planlaşdırıb. Amerika tərəfi Çin müəssisələrinə qarşı sanksiyalar tətbiq etməklə konkret nəyə nail olmağa çalışır?".

Çin Ticarət Nazirliyi vurğulayıb ki, Pekin ABŞ-ın "səhv yanaşmasını dərhal düzəltməsini və Çin müəssisələrinin əsassız şəkildə sıxışdırılmasını dayandırmasını" tələb edir: "Biz lazımi tədbirlər görəcək və milli müəssisələrin qanuni hüquq və mənafelərini qətiyyətlə qoruyacağıq".

Xatırladaq ki, dünən ABŞ Ticarət Nazirliyi Hindistan, Çin, BƏƏ və Türkiyədəki bir sıra qurumlara Rusiyaya qadağan olunmuş məhsulların tədarükü ilə məşğul olduqları üçün ixrac məhdudiyyətləri tətbiq edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR