İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində uşaq bağçasına bıçaqla hücum edilib - 6 ölü

Çinin cənub-şərqindəki Quanqdonq əyalətində yerli vaxtla saat 07:40-da uşaq bağçasına bıçaqlı hücum olub.

Musavat.com xarici mediaya istinadla bildirir ki, polis hadisə zamanı üç uşaq, bir müəllim və iki valideyn olmaqla 6 nəfərin həyatını itirdiyini, bir nəfərin yaralandığını bildirib.

Bıçaqla hücum edən şəxs tutularaq nəzarətə götürülüb. Hücum edən şəxsin 25 yaşında olduğu və hücumu qəsdən təşkil etdiyi qeyd edilib.

Uşaq bağçasının ətrafı polis tərəfindən mühasirəyə alınıb. Bu cür hadisələrin nadir olduğu Çində hücum şok yaradıb. Bir çox insan sosial mediaya axışaraq Çində son vaxtlar artan bıçaqlı hücumlara reaksiya verib.

Ötən ilin avqustunda uşaq bağçasına bıçaqla basqın nəticəsində 3 nəfər həlak olmuşdu. 2021-ci ildə Beiliu şəhərində bıçaqlı hücum nəticəsində 2 uşaq ölüb.

Çin 2010-cu ildən bəri artan hücumlara görə məktəblərdə təhlükəsizliyi artırır. Məktəblərdə də fövqəladə hallar üzrə təlimlər keçirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR