İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində koronavirusa yoluxma dalğası sona yaxınlaşır

Çinli həkimlər ölkədə vüsət alan koronovirusa yoluxma dalğasının sona yaxınlaşmaqda olduğunu bildirirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzin gündəlik məruzəsində deyilir. Məruzədə, həmçinin yanvarın sonlarında ÇXR-də epidemioloji narahatlığın aşağı səviyyəyə endiyi, tibbi müəssisələrin yükünün azaldığı bildirilir.

Ölkədə yanvarın 21-27-də keçirilən və kütləvi səyahətlərlə müşayiət olunan Bahar bayramı tətilləri zamanı yeni ştammların yayılması və yoluxmaların sayında sıçrayışlar qeydə alınmayıb.

Yoluxma hallarının azalması tendensiyası Çinin bütün regionlarında müşahidə olunub. Ölkədə xəstəliyin ağırlaşması, xəstəxanaya yerləşdirilmə və ölüm halları azalmaqda davam edir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR