Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin üçüncü rübündə Çin iqtisadiyyatı illik ifadədə 4,9 faiz böyüyüb.
Musavat.com xəbər verir ki, Çin Mill Statistika İdarəsinin açıqladığı məlumata əsasən ikinci rübdəki 6,3 faizlik böyümədən sonra bu göstərici xeyli aşağı düşüb.
Buna baxmayaraq, iqtisadi artım tempi analitiklərin proqnozlaşdırdıqları 4,4-4,5 faizdən yüksək olub.
İyul-sentyabr aylarında Çinin ÜDM-də əvvəlki üç aya nisbətən artım 1,3 faiz təşkil edib. Eyni zamanda aprel-iyun ayları üzrə iqtisadi artım səviyyəsi əvvəllər elan edilmiş 0,8 faizdən rüblük əsasda 0,5 faizə endirilib.
Yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artıb. Pekin 2023-cü ildə iqtisadi artımı təxminən 5 faizə çatdırmağı hədəfləyir.
Milli Statistika İdarəsinin məlumatına görə, sentyabrda Çində sənaye istehsalı ötən ilin eyni ayı ilə müqayisədə 4,5 faiz artıb.
Artım templəri avqust ayı səviyyəsində qalıb və analitiklərin gözləntilərini üstələyib (+4,3 faiz).
Emal sənayesində 5 faiz, mədənçıxarma sənayesində 1,5 faiz, elektrik enerjisi, qaz, istilik və su istehsalı və təchizatında 3,5 faiz artım olub.
Çində pərakəndə satışlar avqustda 4,6 faiz artdıqdan sonra sentyabrda illik 5,5 faiz artıb. Bu, may ayından bəri ən böyük artımdır, konsensus proqnozu yalnız 4,9 faiz artım idi.
Yanvar-sentyabr aylarında sənaye istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz, pərakəndə satış 6,8 faiz artıb.
Çində işsizlik avqustda 5,2 faizdən keçən ay 5 faizə düşüb. Bu, 2021-ci ilin noyabrından bəri ən aşağı səviyyədir.
Yanvar-sentyabr aylarında Çində əsas kapitala investisiyalar illik ifadədə 3,1 faiz artıb. Ekspertlər orta hesabla 3,2 faiz artım proqnozlaşdırırdılar.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ