İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində ilk dəfə “uçan boşqab” düzəldilib –Fantastik filmlər gerçək olur /VİDEO

Çinin “Shenzhen UFO Technology” şirkəti əsl “uçan boşqab” olan UFO-nu təqdim edib.

Azpost.info bildirir ki, bu günlərdə Şençjen şəhərində UFO-nun təqdimatı keçirilib. Həmin gün “uşan boşqab” ilk dəfə havaya qalxıb. Bildirilir ki, UFO 50 km/saat sürətlə ardıcıl 15 dəqiqə uça bilir. Uçuş hündürlüyü – 200 metrə qədərdir. Kabinədə yalnız bir nəfər otura bilər.

Şirkət 3 il ardıcıl olaraq cihazın yaradılması üzərində çalışıblar.

İstehsalçı bunu dünyanın ilk həqiqi uçan boşqabı adlandırır. Cihaz yadplanetlilər haqqında filmlərin ən yaxşı ənənələri əsasında hazırlanıb. UFO 12 pervanelli mühərriklə təchiz edilib. Pilot “boşqabı” özü idarə edə yaxud idarəetməni kompüterə ötürə bilər.

Cihazın yan tərəflərində LED işığı və eniş yerini işıqlandırmaq üçün işıqlar var. Shenzhen UFO artıq öz ixtirası üçün patent alıb. Gələcəkdə onun şəxsi mobil vasitəsi kimi satılacağı gözlənilir. UFO-nun qiyməti hələ məlum deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR