İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin yuanının məzənnəsi il ərzində ən aşağı səviyyəyə düşüb

Çin Xarici Valyuta Mübadilə Əməliyyatları Sistemində sentyabrn 26-da milli valyuta olan yuanın məzənnəsi 378 baza bəndi zəifləyib. Nəticədə yuanın məzənnəsi cari il ərzində ən aşağı səviyyəyə (1 ABŞ dolları – 7,0298 yuan) düşüb.

AZƏRTAC xəbər verir ki, yuanın aprel ayından başlayan zəifləməsi milli valyuatının son 2 ildə illik ən böyük dəyər itirməsi ilə nəticələnib. Xarici ekspetlər yuanın məzənnəsinin zəifləməsini COVID-19 mübarizə tədbirlərinin, o cümlədən ölkənin maliyyə və biznes mərkəzi olan Şanxay kimi iri şəhərlərdə ötən aylarda tətbiq olunan sərt qapanma rejiminin iqtisadi fəallığa mənfi təsirləri, habelə ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini sentyabrın 21-də 0,75 faiz artırması ilə əlaqələndirirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR