İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Yaponiyanın yeni “Ağ kitab”ından qorxuya düşdü

Çin Yaponiyanın müdafiə məsələlərinə dair yeni “Ağ kitab”ına qəti şəkildə qarşı çıxdığını bildirib və bununla bağlı rəsmi Tokioya etiraz göndərib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mətbuat konfransında danışıb.

“Yaponiyanın yeni “Ağ kitab”ı Çinin müdafiə siyasətinə, onun bazar iqtisadiyyatının inkişafına və qanuni dəniz fəaliyyətlərinə qarşı ittihamlar və böhtanlardan ibarətdir”, - deyə o bildirib.

Vanq Venbinin sözlərinə görə, həmin kitabda Çinin Tayvandakı daxili işlərinə müdaxilə edilir.

“ÇXR buna kəskin narazılığını ifadə edib, həmçinin bu məsələ ilə bağlı Yaponiya tərəfinə sərt meajlar göndərib. Biz Yaponiya tərəfini qonşuları ilə bağlı təhlükəsizlik təhdidlərini şişirtməməyə və güclü hərbi arsenal yaratmaq üçün bəhanələr axtarmaq kimi səhv təcrübəni dərhal dayandırmağa çağırırıq”, - çinli diplomat vurğulayıb.

Qeyd edək ki, Yaponiyanın xarici siyasət strategiyasının konturlarını müəyyən edən həmin sənəddə rəsmi Tokionun müdafiə büdcəsini artırmaq və əks-hücum imkanlarını inkişaf etdirmək planlarından bəhs edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR