İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin XİN başçısı: “Ukraynadakı müharibə nəzarətdən çıxır”

“Ukraynadakı müharibə nəzarətdən çıxır”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Qin Qang deyib.

O, rəsmi Pekinin bu məsələdən nahatlığını ifadə edib: “Çin davam edən eskalasiyadan narahatdır. Biz aidiyyatı ölkələri "bu gün Ukrayna, sabah Tayvan" ritorikası ilə münaqişəni daha da qızışdırmağı dayandırmağa çağırırıq”.

Qeyd edək ki, Şərqi Avropada müharibə ötən il fevralın 24-də başlayıb. Çinin Rusiyanı dəstəklədiyinə dair müxtəlif kəşfiyyat məlumatları var. ABŞ dövlət katibi Entoni Blinken Rusiyaya verdiyi dəstəklə bağlı Çinə xəbərdarlıq edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR