İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin və Avropadan gələn xəbərlər nefti ucuzlaşdırır

Həftənin ilk günü dünya bazarında neft qiymətlərinin ciddi ucuzlaşması ilə başlayıb. Belə ki, Londonun ICE birjasında Brent neftinin oktyabr fyuçerslərinin qiyməti 2 faizədək ucuzlaşaraq 85.74 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin sentyabr fyuçersləri üzrə qiymət isə 82.12 dollara ticarət olunmağa başlayıb.

Analitiklər hesab edirlər ki, bu azalma bazarın Çin və Avropa İttifaqı iqtisadiyyatlarındakı təhlükəli tendensiyalara reaksiyasıdır. Belə ki, son 6 həftə ərzində ABŞ iqtisadiyyatına köklənən investorlar OPEK+ ölkələrinin hasilatı azaltmaları fonunda pozitiv ruhda köklənmişdilər. Lakin ötən həftə ərzində Çinin daşınmaz əmlak bazarında yaşanan çöküş, ölkə iqtisadiyyatında ciddi problemlərin olduğunu göstərən rəqəmlər, həmçinin Avropa İttifaqı ölkələrində iqtisadi artımın minimuma düşməsi, xüsusilə sənaye sektorunda geriləməyə dair məlumatlar bazarda neqativ əhvala səbəb olub. Həmçinin ABŞ-da inflyasiyanın iyul ayında 0,5 faiz bəndi sürətlənməsi uçot dərəcəsinin yenidən artırılacağı ehtimalını gücləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR