Onlayn ictimai-siyasi qəzet
Çin Amerika lideri Donald Trampın təhdidlərini nəzərə alaraq ABŞ-da qeyri-qanuni olan vətəndaşlarını geri almağa razılaşıb.
Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekinin Birləşmiş Ştatlarda yaşayan sənədsiz vətəndaşları geri alıb-almayacağı ilə bağlı sualı cavablandırarkən, "Çin vətəndaşlığı yoxlanıldıqdan sonra təsdiqlənən insanları qəbul edəcək" deyib.
Diplomat, həmçinin vurğulayıb ki, Çin qeyri-qanuni miqrasiyanın istənilən formasını pisləyir.
Bundan əvvəl Çinin xarici işlər naziri Van Yi və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Musavat.com
26 Avqust 2025
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ