İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin səfirindən əcaib açıqlama

“Çin Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləmir, Krımı və Donbası Rusiya kimi tanımır”.

Musavat.com xaric agentliklərə istinadən xəbər verir ki, bunu Çinin Avropa İttifaqındakı səfiri Fu Çun “New York Times” qəzetinə müsahibəsində deyib.

Fu Çun Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində Rusiya prezidenti Vladimir Putinin Çinə səfər etməsini, həmin vaxt Moskva ilə Pekin arasında qəbul olunan “hüdudsuz dostluq” haqqında bəyanatı da şərh edib. Onun sözlərinə görə, “hüdudsuz dostluq” ritorikadan başqa bir şey deyil”.

Lakin çinli diplomatın bildirdiyinə əsasən, ÇXR Rusiyanın qonşu ölkəyə hücumunu pisləmir, çünki Moskvanın NATO-ya qarşı müdafiə olunmaqla bağlı tezislərini anlayır və buna görə də əsas səbəblərin Qərb liderlərinin dediklərindən daha mürəkkəb olduğuna inanır.

Fu Çun Çinin Rusiyaya silah vermədiyini və verməyəcəyini söyləyib, ABŞ televiziya kanallarını yalan xəbər yaymaqda suçlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR