Onlayn ictimai-siyasi qəzet
Çin heç bir nüvə dövlətinin xaricdə nüvə silahı yerləşdirməməsinin tərəfdarıdır və həmçinin başqa ölkələrdə artıq yerləşdirilmiş nüvə silahlarını geri çəkməyə çağırır.
APA-nın məlumatına görə, bunu cümə günü BMT Təhlükəsizlik Şurasının iclasında Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq deyib.
“Biz həmçinin nüvə mübadiləsi sazişlərinin ləğvinin tərəfdarıyıq, heç bir nüvə dövlətinin xaricdə nüvə silahı yerləşdirməməsinin tərəfdarıyıq”, - diplomat bildirib.
“Biz həmçinin başqa ölkələrdə yerləşdirilən nüvə silahlarının oradan çıxarılmasının tərəfdarıyıq” – diplomat vurğulayıb.
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ