İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin mənfi iqtisadi göstəriciləri gizlətmək qərarına gəlib

Çin Dövlət Statistika Xidməti gənclər arasında işsizlik səviyyəsinə dair məlumatı açıqlamağı dayandırır.

Musavat.com xəbər verir ki, bu barədə Financial Times qurumun rəsmi nümayəndəsi Fu Linxueyə istinadən məlumat yayıb. Çin rəsmisi bu addımın aktual və optimizm yaradan statistik məlumatların açıqlanmasını təmin etmək məqsədi daşıdığını bildirib.

Lakin qəzetin yazdığına görə, məlumat ölkə iqtisadiyyatında xeyli göstəricilərin pisləşməsi ilə bağlı qapalı saxlanacaq. Qapalılıq nəticəsində Çin iqtisadiyyatında vəziyyətə dair dəqiq təsəvvür əldə etmək mümkün olmayacaq.

İyun ayında Çində gənclər arasında işsizlik səviyyəsi 21,3 faizə çatmışdı. Həmin statistikada Çin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən pərakəndə satış və sənaye istehsalının artım tempinin azaldığı da açıqlanmışdı. Bu azalma daşınmaz əmlak sahəsində böhran, ixracın kəskin azalması, xarici investisiyaların məhdudlaşması, daxili tələbin zəifləməsi fonunda qeydə alınıb.

Bir müddət əvvəl iyula dair statistik göstəricilər açıqlananda Çinin fond birjalarında əsas indekslər düşmüşdü. Bundan əlavə, bu gün Çin Xalq Bankı ölkənin bank sektorunda likvidliyi təmin etmək üçün ortamüddətli kreditləşmə proqramı üzrə uçot dərəcəsini 2,65 faizdən 2,5 faizədək endirib. Bu, son 3 ayda ikinci endirimdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR