İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin lideri Putinin Rusiyaya səfər dəvətini rədd edib

Çin Xalq Respublikasının prezidenti Si Tzinpin COVID-19 pandemiyası ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinin ölkəsinə səfər dəvətindən imtina edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Rusiya tərəfi dəvəti Çin liderini 2022-ci il iyunun 15-də, yəni Si Tzinpinin doğum günündə edib. Buna cavab olaraq Çin prezidenti koronavirusa qarşı məhdudiyyətlərin tətbiq olunması səbəbindən yaxın gələcəkdə Rusiyaya səfərin çətin olacağını söyləyib. Xatırladaq ki, Çin lideri 2020-ci ilin yanvar ayının sonundan bəri xarici ölkələrə səfər etməyib.

Media Si Tzinpinin 2022-ci ilin payızında keçiriləcək Çin Kommunist Partiyasının qurultayında üçüncü müddətə qala biləcəyini, bu səbəbdən həm daxili, həm də xarici siyasətdə kəskin addımlar atmamağa çalışdığını bildirib. Ekspertlərin fikrincə, hazırkı anda Rusiyaya səfər ABŞ və Avropa ilə böhranın dərinləşməsinə səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR