İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin inkişaf etməkdə olan ölkə statusunu itirir

ABŞ Konqresinin Nümayəndələr Palatası yekdilliklə Çinin inkişaf etməkdə olan ölkə statusundan çıxarılmasına yönəlik qanun layihəsini dəstəkləyib.

Musavat.com xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, “ÇXR inkişaf etməkdə olan ölkə deyil” qanununa 415 nəfər səs verib. Qanun ABŞ dövlət katibinə Çinlə bağlı siyasətdə düzəlişlər həyata keçirməyi də tapşırır.

Sənəd ABŞ Dövlət Departamentinin rəhbərinə beynəlxalq təşkilatlarda Çini “orta-yuxarı gəlirli, yüksək gəlirli və ya inkişaf etmiş ölkə” kimi tanımağı əmr edir. Qanun layihəsinə əsasən, dövlət katibi Çinin “inkişaf etməkdə olan ölkə” statusuna görə əvvəllər aldığı yardım və ya güzəştlərdən məhrum qalmasını təmin etməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR