İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin günəş və külək enerjisi istehsalını kəskin artırır: Neft bazarını nə gözləyir?

2023-cü ilin birinci rübündə Çində günəş enerjisi istehsalı müəssisələrinin potensialı 228 GVt-a çatıb.

Musavat.com San-Fransiskoda yerləşən Global Energy Monitor(GEM) təşkilatının açıqladığı hesabata istinadən xəbər verir ki, bu, dünyanın digər bütün ölkələrindəki analoji müəssisələrin birgə potensialından daha çoxdur.

Bu göstəricilər Çində külək və günəş enerjisi istehsalının çox böyük artımından xəbər verir. Hazırda ölkədə günəş enerjisi istehsalı üzrə nəhəng layihələr icra olunmaqdadır. Bu isə Çinin 2030-cu ilədək belə enerji istehsalı güclərini 1200 GVt-a çatdırmaq planına 5 il tez – 2025-ci ildə nail olmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Çin 2022-ci ildə ölkədə istehsal olunan elektrik enerjisinin 50 faizini bərpa olunan mənbələrdən əldə etməyi planlaşdırsa da, buna nail ola bilməyib. Əvəzində 2023-cü ildə bu göstəricini 52 faizə çatdırmağı hədəfləyir. Bu il ərzində Çində 100 GVt gücündə günəş elektrik stansiyaları, 65 GVt gücündə külək stansiyaları işə salınmalıdır.

Dünyanın ən çox enerji istehlak edən ölkəsi olan Çində istehsal mənbələrinin dəyişməsi qlobal enerji bazarına, xüsusilə də neft bazarına ciddi təsir göstərir. Ekspertlərə görə, Çinin bərpa olunan mənbələrdən enerji istehsalını sürətlə artırması dünya neft bazarında tələbin azalmasını şərtləndirməklə qiymətlərə salıcı təsir göstərən ən böyük faktora çevrilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR