İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin borclu ölkələrin əsas kreditoruna çevrilib

Çin borclu ölkələrə borc vermək hüququ uğrunda mübarizədə ABŞ ilə rəqabətdə qalib gəlir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Harvard Universiteti nəzdində Uilyam və Meri Kolleci və və Alman Kil Dünya İqtisadiyyatı İnstitutunun və Dünya Bankının iqtisadçılarının birgə araşdırması onu göstərir.

Tədqiqatçıların təsbitinə görə, Çin hakimiyyəti inkişaf etməkdə olan ölkələrə kreditlərin verilməsi üçün maliyyə mənbəyi kimi yerli Mərkəzi Bankın əhəmiyyətli ehtiyatlarından istifadə edir. Çinin əsas valyuta tənzimləyicisinin bu məqsədlər üçün pul ehtiyatlarının 3,3 trilyon dollar həcmində olduğu güman edilir.

Dünya 1940-cı illərdən bəri fəaliyyət göstərən ABŞ-ın rəhbərlik etdiyi strukturlarla rəqabət aparan, borc çətinliyində olan ölkələrə yeni qlobal transsərhəd kreditləşdirmə sisteminə başlayıb. Son iki onillikdə Çin Xalq Bankı 40 ölkə və ticarət blokları ilə təxminən 580 milyard dollar dəyərində svop sazişi bağlayıb.

Müqayisə üçün qeyd edək ki, eyni dövrdə Beynəlxalq Valyuta Fondu (BVF) inkişaf etməkdə olan ölkələrə yardım üçün cəmi 144 milyard dollar ayırıb. Martın 22-də ABŞ Senatında Dünya Bankının Çinə kredit verməsini qadağan edən qanun layihəsi təqdim edilib. Bu təşəbbüs onunla izah olunur ki, ABŞ hakimiyyət orqanları öz pul və resurslarının ÇXR-ə deyil, daha çox ehtiyacı olan ölkələrə getməsini istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR